"Jurnalist Fikrət Hüseynli Qənimət Zahidin verilişində deyib ki, guya 2004-2005-ci illərdə "Bakı-Xəbər" qəzetində işləyərkən Ramiz Mehdiyev haqda yazdlğı hansısa məqaləni gecə ikən "Azərbaycan" nəşriyatında çapdan öncə səhifədən çıxartdırmışam və guya bu onun "Bakı-Xəbər"dən "Azadlıq" qəzetinə getməsinin səbəbi olub. Bu sözlərdə həqiqət olan tək odur ki, Fikrət həqiqətən mənim redaksiyamda işləyib və sonra "Azadlıq" qəzetinə gedib. Bunun əsl "niyə"sini hələ demirəm və Fikrət özü istəsə açaram". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, Ramiz Mehdiyev haqda hansısa yazının çap öncəsi səhifədən çıxarılması barədə sözlər qətiyyən doğru deyil, vaxtilə bu şəxs haqqında mənim qəzetimdə çap olunmuş onlarla sərt tənqidi məqalə göstərə bilərəm: "Mən Ramiz Mehdiyev barədə sözümü 2005-ci ilin parlament seçkilərinin təşviqat kompaniyasında televiziyada çıxışımda demişəm, həm də Fikrət bəyin nəsə yaza biləcəyindən daha kəskin formada. 26 saylı 1-ci Sabunçu seçki dairəsindən Milli Məclisə namizəd olduğum çıxışdan danışıram. AzTV-nin arxivində də, mənim şəxsi arxivimdə də qalır. Mən Ramiz Mehdiyevə böhtan atmadım, şər demədim, xalqa etdiyi pisliklərin anatomiyasını və ziyanlı nəticələrini təhlil etdim".
A.Quliyev vurğulayıb ki, özünüreklam mənim üslubum olmadığı üçün bəziləri kimi hər təzə səs eşidəndə arxivimi açıb tökmürəm: "Ancaq çox zərurət olsa 2005-ci ildə AzTV-dəki həmin çıxışımı yenidən aktuallaşdıra bilərəm. Əsas məqsədim odur ki, insanlar heç olmasa yaxın tariximizin hadisələrindən danışanda obyektiv olsunlar, keçmiş dostum Fikrət Hüseynli kimi yox".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB