Müxalifət düşərgəsində elə partiya sədrləri var ki, onlar bir növ yedək funksiyasını yerinə yetirirlər. Yəni sədr olmalarına baxmayaraq başqa partiyaların və liderlərin siyasi maraqlarını yerinə yetirməyə çalışırlar. Misal kimi Cəmil Həsənlinin “Osmanqızı” Tv-yə açıqlamalarında özünü “Milli Şura”nın sədri kimi deyil, AXCP-nn sıravi üzvi, Əli Kərimlini isə lideri kimi təqdim etməsini göstərmək olar. Sual yaranır, C. Həsənlinin özünü aşağılaması və Ə.Kərimlini lideri olaraq özündən üstün formada təqdim etməsi nədən irəli gəlir? Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Cəmil Həsənli real vəziyyətə görə belə hərəkət edir: “Çünki o çox yaxşı başa düşür ki, artıq “Milli Şura” əvvəldən Əli Kərimlinin yanında bir məşvərət şurası xarakteri daşıyırdı. Xüsusilə “Milli Şura”nın rüsvayçı video konfranslarından sonra xalq arasında reytinqi hədsiz dərəcədə aşağı düşdü. Buna görə də, Eldəniz Quliyev və digərləri “Milli Şura”nı tərk etdilər. Belə olan halda “Milli Şura” artıq formal quruma çevrilib. Onlar cəmiyyətdə nüfuzlarını itirdiklərinə görə, o qədər önəm daşımırlar və ona görə də, C.Həsənli birbaşa elə AXCP-nin üzvi kimi Əli Kərimlinin qanadı altında olmaq məcburiyyətində qalır. Çünki doğurdan da, “Milli Şura”ya artıq xaricidən oturub belə sədrlik etməklə “Milli Şura” nəyin ki, bir addım irəli getməyib, demək olar ki, arzu olunmaz quruma çevrilib”.
T.Kərimli onu da bildirdi ki, həmişə “Milli Şura” boyun əti olub: “Müəyyən məsələlərdə boşluq yarananda “Milli Şura” bundan öz maraqları üçün istifadə etməyə çalışıb. Yəni “Milli Şura” pusquda dayanıb ki, ay aman nə vaxtdsa real bir hərəkət olarsa, bundan istifadə etsin. Bir sözlə, eyni sözləri on illərlə təkrar edirlər. Ona görə də, bu cəbhəni daha çox üzvi olmağı qeyd edir və özün bir dəfə də məhz “Milli Şura”nın sədri məsuliyyətindən kənara çəkmək istəyir. Yəni C.Həsənli “Milli Şura”nın zəifləyib acınacaqlı duruma düşməyində öz rolunu sanki inkar etmək istəyir. Ancaq yaddan çıxarmayaq ki, vaxtı ilə Cəmil Həsənli deputat olanda Ə.Kərimlinin iradəsinin əleyhinə getməklə, öz maraqlarını qorudu. Elə ki, deputat seçilmədi, yenidən Ə.Kərimlinin yanına qayıtdı. Bu səbəbdən də, onu ciddi siyasətçi kimi qiymətləndirmək olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB