"Ermənistanın əsas hədəfi mülki sakinlər və mülki obyektlərdir” ÖZƏL-MÖVQE

"Ermənistanın əsas hədəfi mülki sakinlər və mülki obyektlərdir” ÖZƏL-MÖVQE

“Ermənistanın mahiyyəti işğal etdiyi ərazilərdə yaratdığı terrorçu rejimin verdiyi bəyanatından sonra çılpaqlığı ilə aydın oldu. Bununla bir daha aydın oldu ki, Ermənistanın əsas hədəfi mülki sakinlər və mülki obyektlərdir”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, mülki obyektləri və vətəndaşları hədəf alanlar daima terrora dəstək verən ölkələrdir: “Məhz Ermənistan da bu qəbildəndir. Hesab edirəm ki, Qarabağdakı terrorçu rejimin əsas hədəfi birbaşa Yerevanın diktədi ilə həyta keçirilir. Terrorçu Araik Arutunyan Yerevanın Xankəndinə təyin etdiyi terrorçudur. Qeyd edim ki, Tovuz təxribatlarında Azərbaycan Ermənistana sarsıdıcı zərbələr vurdu. Ermənistanın revanş götürüb, Xankəndindəki terrorçu vasitələrin adı ilə bu bəyanatı verməsi əlbəttə ki, sadəcə bəyanatdır. Ermənistan buna gedərsə, birbaşa Azərbaycan tərəfindən Yerevanın vurulması ilə nəticələnər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə