Hikmət Hacıyev: "Azərbaycan borclanmaya getmir"

Əgər biz beynəlxalq təcrübədən danşırıqsa, bir məqamı da qeyd etməliyik ki, ölkələr bu prosesdən çıxmaq üçün borclanmaya gedirlər. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu borclar isə gələcək nəsillə qaytarmalıdırılar. Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir. 100-dən artıq ölkə beynəlxalq təşkilatlardan borclar almışdır.

Kommunal məsələyə gəldik də isə, ölkələrin təcrübəsi fərqlidir. Dövlət Vergi Xidməti tərəfindən müxtəlif formada güzəştlər edilir. Hər bir vətəndaş da etdiyi alış-veriş zamanı bu vergi güzəştlərindən istifadə edə bilərlər. Bu da dövlətimizin vətəndaşlara qayğısının növbəti təzahürüdür. Kommunal xidmətlərdən sui istifadənin olmaması üçün bu model hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...