“Türkiyə-Azərbaycan əlaqələrində yeni dinamika var" ÖZƏL-MÖVQE

"Türkiyə-Azərbaycan əlaqələrində yeni dinamika var. Bu, iki qardaş ölkə arasında hərbi müttəfiqliyin davamlı olaraq inkişafını təmin edəcək". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

"Qeyd edim ki, Azərbaycan xarici işlər nazirinin Türkiyəyə səfəri çərçivəsində öz türkiyəli həmkarı ilə danışıqları və keçirilən görüşlər Ankaranın ölkəmizə bütün parametrlərlə dəstək verməsinə zəmin yaradacaq. İki qardaş ölkə arasında əlaqələrin inkişafı və bu əməkdaşlığın siyasi-hərbi müstəvidə yeni mərhələyə keçməsi Qarabağ münaqişəsində Türkiyənin rolunun artmasına gətirəcək. Artıq Türkiyə rəsmiləri ən yüksək səviyyədə Qarabağ məsələsində Azərbaycana bütün dəstək verəcəklərini vurğulayıblar. Buraya hərbi dəstək də daxildir. Xarici işlər nazirlərinin görüşündə beynəlxaq təşkilatlarda və digər ölkələrlə əməkdaşlıqda birgə hərəkət etməsi də razılaşdırılıb. Əsasən burada Qarabağla bağlı birgə fəaliyyət istiqamətləri razılaşdırılıb. Azərbaycan Qarabağ məsləsində Türkiyənin dəstəyini almaqla siyasi, diplomatik, həmçinin hərbi mövqeyi gücləndirəcək. Növbəti danışıqlar baş tutacaqsa, burada Türkiyə faktoru mühüm rol olacaq. Artıq Azərbaycan monipulyasiya danışıqlarına getməyəcək. Ankara da Azərbaycanın yanında olacaq"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə