Türkiyənin Müdafiə naziri geniş hərbi tərkiblə Azərbaycanda səfərdədir

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycanda səfərdədirlər.

SİA Türkiyənin Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...