“Ermənistan dayaqlarını itirib və “political knockout” vəziyyətindədir” ÖZƏL-ŞƏRH

“Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan tərəfindən işğal altında saxlanılmaqda olan Dağlıq Qarabağın və 7 rayonun qaytarılması ilə bağlı tarixi şərait yaranıb”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədri qeyd edib ki, bu istiqamətində həlledici addımların atılması zərururəti bəlkə də heç vaxt bu qədər real olmayıb: “Qərbin dəstəyinə güvənən Ermənistan regionda mövcud olan dayaqlarını da itirib. Rus politologları iddia edirlər ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin yenidən gərginləşəcəyi təqdirdə, artıq Rusiya Ermənistanı müdafiə etməyəcək. Digər tərəfdən, iyulun ortalarında Ermənistanın Tovuz təxribatından sonra dünyanın bir çox ölkələrində azərbaycanlılara qarşı erməni vandalızmi və digər ifşa faktları Qərbin siyasi dairələrində Ermənistanın diplomatik, siyasi mövqeyinə ciddi zərbə oldu. Qərb mətbuatda Ermənistan hakimiyyətinə olan etimadsızlıq, həmçinin COVİD-19 pandemiyası dövründə Ermənistan rəhbərliyinin vəziyyəti düzgün dəyərləndirə bilmədiyi barədə yazılar dərc olunmaqdadır. Həmçinin Ermənistan müxalifət partiyaları tərəfindən ölkədə iqtisadiyyatın çöküşü, investisiyaların olmaması, koronavirusla mübarizənin uğursuzğu əsas gətirilərək Nikol Paşinyan hakimiyyətinin istefasını tələb edən bəyanatlar verilir.

Ermənistan “political knockout” vəziyyətindədir. Ermənistanın yeganə yolu beynəlxalq qanunların tələblərinə əməl edərək, Azərbaycanın sərhədləri daxilində olan Dağlıq Qarabağdan və 7 rayondan geri çəkilməkdır. Yalnız bundan sonra regional layihələrə qoşularaq erməni əhalisini ağır sosial-iqtisadi vəziyyətdən xilas etməsi mümkün olacaqdır”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...