Dövlət başçısının sərəncamı ilə Bayram Nağdəliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - TƏLTİF

Dövlət başçısının sərəncamı ilə Bayram Nağdəliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - TƏLTİF
SİA-nın məlumatına görə, rəsmi sənədin mətnində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Bayram Ağa Bala oğlu Nağdəliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə