Görən, Sevinc Osmanqızı, Orduxan Temurxan, Məhəmməd Mirzəli, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri bunun fərqindədirlərmi?
Bu bir reallıqdır ki, hikkələrini və iddialarını reallaşdıra bilməyənlər qarşıdurma və iğtişaşlara cəhdlər göstərir, pozucu xarakterli açıqlamalarla çıxışlar edirlər. Bununla da maddi və mənəvi dəstək aldıqları xarici havadarlarının gözündə yüksələcəklərini düşünürlər. Son nəticədə isə daha acınacaqlı və rüsvayçı vəziyyətlə üzləşirlər. Amerikanın paytaxtı Vaşinqton şəhərində Ermənistan səfirliyinin binası qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır”, “İşğalçı Ermənistan”, “Uşaq qatilləri” şüarları səsləndiriblər. Ümumiyyətlə bu günə qədər dünyanın 30 dövlətində, 70-ə yaxın aksiya keçirilib. Bu kimi aksiyalarla yanaşı, beynəlxalq təşkilatlara erməni vandalizmi haqqında müraciətlər, bəyanatlarda ünvanlanır. Belə vaxtda bəzi üzdəniraq mühacirlər bu aksiyaların ruhuna kölgə salmaq üçün hər cür cür vasitədən istifadə edirlər. Xaricdə ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə olan hücumlarına haqq qazandıran Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri bununla erməni yalından bəhrələndiklərini və düşmən maraqlarına xidmət etdiklərini nümayiş etdirilər. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər.
Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edilər. Xüsusi ilə də, AXCP sədri Ə. Kərimlinin buyruq qulu rolunda çıxış edən S.Osmanqızı “ASALA” erməni terror təşkilatının üzvlərinin soydaşlarımıza qarşı vandal hərəkətlərini dəstəkləyib və baş verənlərdə günahkar özlərini müdafiə edən azərbaycanlılarda olduğunu bildirib. Bu isə bir daha onu təsdiq edir ki, ABŞ da ömür sürən bu xanım yaşlaşdıqca ağlını və düşünmək qabiliyyətini itirməkdədir. Həm də, S. Osmanqızı şəcərəsi haqqında, əsasən də böyük fədakarlıqla Azərbaycana xidmət etmiş atası Osman Mirzəyevlə bağlı heç də, xoş olmayan mənfi fikirlərin səslənməsinə imkanlar yaratmış olur. Daha doğrusu artıq sosial şəbəkələri izlədikdə, istifadəçilərin S.Osmanqızının yaxınları haqqında təhqiramiz ifadələrə rast gəlmək olar. Bəlkə də , haradasa, tənqidi fikirlər səsləndirən sosial şəbəkə istifadəçilərini başa düşmək olar. Çünki, ürəkləri torpaq sevgisi, Qarabağla eşqi ilə döyünən vətənsevərlərin vətənşüvən adlandırılması artıq bütün dəyərlərin aşılmasına yol açmış olur. Təəssüf ki, qəzəbli insanların əlləri S.Osmanqızna çatmadığından əsəblərini başqa ünvanlara tənqidi fikirlər səsləndirməklə sakitləşdirməyə çalışırlar.
Bu yerdə yaxşı deyiblər övlad böyüdüb, boya başa çatdırırsan ki, ailəyə başa ucalığı gətirsin, Vətən, xalq bəhrəsini görsün. Ancaq xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan Sevinc Osmanqızı, Orduxan Temurxan, Məhəmməd Mirzəli, Arif Məmmədov, Vidadi İsgəndərli nəsil-nəcabətlərinə ancaq söyüş gətirirlər. Sual yaranır, pul, yaşadıqları ölkələrdə oturum izni almaq istəyi, doğulub, boya-başa çatdıqları Azərbaycandan üstündürmi? Bu qədərmi xarici maraqlı dairələrin tələbləri qarşısında erməniyə təslim olmaq və erməni maraqlarına xidmət etmək onlar üçün asandır? Başqa dost ölkələrinin insanları Azərbaycanın haqlı mövqeyini müdafiə edib, erməniyə tərs sillə vurduğu halda, öz içimizdən çıxan azərbaycanlı Azərbaycana düşmən kəsilir.
Böyük fateh Teymurləng yaxşı deyib, “aramızda satqın və xəyanətkar olmasa idi, biz bütün dünyanın hakimi olardıq”. 1992-1993-cü illərdə AXC-Müsavat iqtidarının xəyanəti nəticəsində, torpaqlarımız ermənilər tərəfindən işğal edildi, dövlət müstəqilliyimiz təhlükələrlə üzləşdi, əhali ciddi sarsıntılara məruz qaldı. Xəyanətkar ünsürlərin səyi nəticəsində yenidən özünün inkişafını qurmaqda olan Azərbaycanda 1994 və 1995-ci illərdə silahlı qarşıdurma yaradılmasına cəhdlər göstərildi. Yəni bu günə qədər Azərbaycan dövləti sapı özümüzdən olan balaların çoxsaylı satqınlığını və xəyanətini görüb.
Ölkəmiz bu gündə, xəyanətlə üzləşməkdədir. Bu gündə Ə.Kərimli, A.Hacılı, S. Osmanqızı, O. Temurxan, M. Mirzəli, A.Məmmədov, V. İsgəndərli və digərləri ermənipərəst mövqe sərgiləməklə, dövlət və milli maraqlarımıza zərbə vurmağa çalışırlar. Ancaq xəyanətkarlar bu günə qədər öz bəd istəklərinə nail ola bilmədikləri kimi, bundan sonra əliboş qalacaqlar. Qazancları ancaq xalqın nifrəti, nəsil-nəcabətlərinin söyülməsi olacaq. Bu münasibətlərin davamını istəyirlərsə, buyursunlar, bəd əməllərini davam etdirsinlər.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB