"Azərbaycan-Türkiyə hərbi təlimləri regional sülh və təhlükəsizliyə töhfə verir" AÇIQLAMA

"Azərbaycan-Türkiyə hərbi təlimləri regional sülh və təhlükəsizliyə töhfə verir" AÇIQLAMA

"Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir". SİA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir", - deyə XİN rəsmisi vurğulayıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə