“Dünya birliyi ermənilərin barbarlığına artıq göz yuma bilməz” ÖZƏL-MÜNASİBƏT
“Artıq Dünya birliyi ermənilərin barbarlığına bundan sonra göz yuma bilməz”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, erməni vandalizminə qarşı beynəlxalq ictimaiyyət artıq bir mövqe ortaya qoymalıdır.
“Müharibə aparacaq gücdə olmayan Ermənistan Avropada sivil azərbaycanlılara təcavüz edir. Hardadır İnsan haqlarından danışan beynəlxalq təşkilatlar? Niyə susurlar axı? Avropa Şurası Türk dövlətlərində bir etiraz aksiyasına görə səhifələrlə irad bildirir və indi hanı bəs ədalətli yanaşma? Nəyə görə BMT-nin Təhlükəsizlik Şurasına üzv edilən Ermənistanın Avropadakı diplomatik korpuslarına nota göndərilmir? Niyə sanksiyalarla bu vandalizmin qarşısı alınmır? Avropanın ən aparıcı ölkələrinin ərazisində ermənilərin azərbaycanlılara fiziki xəsarət yetirməsi, barbar kimi təcavüzünə göz yumulduğu təqdirdə, hesab edirəm Avropa standartları deyilən anlam artıq olmamalıdır. Əgər ki, Avropa standartı dediyimizdə dövlətimizə və soydaşlarımıza qarşı ikili standartlar nümayiş olunursa, bizə belə Avropa standartları gərək deyil. Düşünürəm ki, Azərbaycan artıq bu ikili standartları sinəyə çəkməməlidir və ciddi bir şəkildə öz mövqeyini ortaya qoymalıdır.
Erməni vandalizmi tarix boyu özünü separatçılıq və ya ASSALA terror təşkilatlarının törətdikləri qanlı qətliamlar, onların nəyə qadir olduğunun göstəricisidir. Sadəcə 31 Mart soyqrımı və Xocalı soyqrımı ermənilərin qeyri insani psixoloji təfəkkürə xidmət etdiklərini sübut etməyə kifayət edir. Bu qədər qətliamlardan sonra beynəlxalq təşkilatlar yenədə erməni vandalizminə göz yumub bizi sülhə dəvət edirdilər. Hesab edirəm, son bir neçə gün içində bizə erməni ilə sülh dili ilə danışmağı məsləhət görən Avropa ölkələri və beynəlxalq təşkilatlar, artıq erməni barbarları ilə bunun mümkünsüz olduğunu görmüşlər. Ona görə də, hesab edirəm, ermənilərin mövcud şəraitdə tək anladıqları dili sadəcə sanksiyalar olmalıdır!”, deyə Əsli Kazımova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB