"Ombudsman azərbaycanlıların hüquqlarının təmin edilməsinə çalışır" ÖZƏL - AÇIQLAMA

"Ombudsman azərbaycanlıların hüquqlarının təmin edilməsinə çalışır" ÖZƏL - AÇIQLAMA

Erməni təxribatçıları tərəfindən hücumə məruz qalan dinc azərbaycanlı aksiyaçıların söz və ifadə azadlıqlarının təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müvafiq işlər görür. Bu haqda məlumat SİA-ya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) mətbuat xidməti tərəfindən, hücuma məruz qalmış azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı görülən işlərlə bağlı açıqlamada deyilib.

Hücuma məruz qalmış şəxslərin hüquqlarının müdafiəsində xarici nümayəndəliklərimizə Ombudsman tərəfindən nə kimi tövsiyyələrin edildiyi ilə bağlı məlumat verən mətbuat xidmətindən bildirilib ki, tövsiyyələrə Ombudsmanın törədilmiş hücumlara dair Bəyanatında da yer alıb:

"Ombudsman öz həmkarlarına, Milli İnsan Hüquqları təsisatlarını, insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları bu kimi təxribatçı aksiyaları qınamağa və bu kimi aktlardan çəkindirməyə çağırıb. Bu bəyanatda da öz əksini tapıb. Bu kimi hadisələri törətmiş şəxsləri qınanağa və onların hüquqi məsuliyyətə cəlb olunmasına çağırış edilib. Həmçinin bu istiqamətdə, dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarının, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə çağırıb".

Məlumatda deyilib ki, hazırda həmin şəxslərin hüquqlarının təmin olunmasında Ombudsman tərəfindən müvafiq işlər davam etdirilir. Ombudsman tərəfindən Bəyanat həmkarlarına göndərilib. Həmkarlar tərəfindən Bəyanat qəbul edilib və bu məsələlərlə bağlı onlar özləri müvafiq tədbirlər görəcəklər. Nəticə əldə edilən zaman isə bu haqda geniş ictimaiyyətə məlumat veriləcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə