"Son dövrlər Azərbaycanın diplomatik cəbhədə qazandığı uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Onlar psevdopatriot bəyanatlar vermək və uğursuz hərbi diversiyalar təşkil etməklə erməni ictimaiyyəti qarşısında vəziyyətdən çıxmağa çalışırlar". Bunu SİA-ya millət vəkili Ramil Həsən deyib.
Onun sözlərinə görə, bu cür uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır: “Tovuz istiqamətində gedən döyüşlərdə erməni tərəfinin ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistan əhalisi və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları kinayə ilə qarşılayaraq etiraz aksiyalarına başlayıblar. Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yaratmaqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxarmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir. Artıq Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də bu aydın olur. Azərbaycan xalqı, ictimaiyyətimiz də öz Ordumuzun yanındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB