YAP Yasamal rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan tədbir keçirib

YAP Yasamal rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan tədbir keçirib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir Bakı Biznes Universitetində baş tutub. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ölkənin gələcəyi gənclərdən asılıdır. Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti bu gün uğurla davam etdirən İlham Əliyevin himayəsi altında müxtəlif bilik və bacarıqlara yiyələnir. Heydər Əliyevin hər zaman gənclərə böyük ümidlərlə yanaşdığını deyən F.İsmayılov müstəqil Azərbaycanın inkişafında böyük, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu əvəzedilməz olduğunu qeyd edib.

Tədbirin davamında bir neçə gəncə Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının üzvlük vəsiqəsini təqdim edilib.

Daha sonra çıxış edən Baki Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, Yasamal rayonunda YAP-ın üzvü olan 26 min nəfərdən 12 min nəfəri gənclərdir. O qeyd edib ki, ümummilli liderin 88-ci ildönümünü qurumlar, təşkilatlar müxtəlif şəkildə qeyd edirlər: "Dünyada o xalqlar xoşbəxtdir ki, onun ümummilli lideri var. Lakin bu o demək deyil ki, ümummilli lideri olan bütün xalqlar tarixə düşür. XX-XXI əsrdə çoxc az sayda xalq var ki, onun ümummilli lideri ilə tarixin yaddaşına düşüb. Azərbaycan xalqı da belələrindəndir. Bu gün Azərbaycan çox dinamik inkişaf yolu keçib və buna görə də ölkə öndədir".

Dünyanın qloballaşdığını deyən A.Məhərrəmov vurğulayıb ki, indi də növbə gənclərindir: "Müstəqilliyimizin 20 ili özü də çox müxtəlif mərhələlərdən ibarətdir. Ancaq bu müstəqilliyi də qazanmaq asan olmayıb. Müstəqilliyi qoruyub-saxlamaq üçün analoqu olmayan siyasi addımlar bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün regionda böyük layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilmir".

Tədbirin davamında ali məktəblərin tələbələri ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Tədbirin sonunda YAP-ın Yasamal rayon Təşkilatıın Gənclər Birliyi adından ölkə gənclərinə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə