"Bu gün Azərbaycan gözəgörünən və görünməyənlə mübarizə aparır" Rasim Quliyev

“Nə epidemiya Azərbaycanda başlamayıb, nə də dünyada pandemiyanı Azərbaycan elan etməyib"

“Vətəndaşlarımız pandemiyaya qarşı anlayışlı olmağa məcburdur, əks halda hədəf ola bilərik”. Bunu SİA-ya açıqlamasında Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda bütün dünyanın koronavirus epidemiyasına qarşı mübarizə apardığı bir dövrdə ölkəmizdə də Azərbaycan vətəndaşlarının sağlamlığını təhdid edən və virusa qarşı dövlətimiz tərəfindən mübarizə tədbirləri həyata keçirildiyi bir dönəmdə erməni xainlərinin təxribatı nəticəsində cəlb olunduğumuz mübaribədə sözsüz ki, bizim ordumuz, dövlətimiz, vətəndaşlarımız qələbə qazanmaq üçün əlindən gələni edəcək və onlara layiqli cavabı verəcək: “Amma unutmamalıyıq ki, koronavirus pandemiyası ilə mübarizə hələ də davam edir. Biz cəmiyyətimizin, gələcəyimizin, övladlarımızın, valideyinlərimizin sağlamlığını təhdid edən virusa qarşı birgə həmrəylik nümayiş etdirib mübarizə aparmalıyıq. Əvvəllər də dəfələrlə epidemiya, onun tarixi, mübarizə metodları, gigeyenik, mənəvi-psixoloji tərəfləri ilə bağlı çıxışlar edərək cəmiyyətin bu mübarizədə qalib gəlməsi üçün anlayışlı yanaşmanın vacibliyini qeyd etmişik. İstər virus mənşəli, istər mikrob, istər laborator və ya təbii şəraitdə, istər bakterioloji silah kimi insanlara qarşı istifadə edilmişdirsə fərqi yoxdur. Fakt odur ki, bu gün bütün dünyanı məşğul edən, iflic edən əsas mövzudur və dünya gündəminin əsas mövzusuna çevrilmiş Covid-19 gerçəkliyinin səbəbkarı Azərbaycan dövləti deyil, əksinə onunla mübarizədə bəlkə də dünyada ən fəallar sırasında birincilikdə Azərbaycan dövlətinin başçısı şəxsən İlham Əliyev dayanır. Pandemiya elan olunandan dərhal öz vətəndaşlarının və cəmiyyətin sağlamlığına istiqamətlənmiş dövlət siyasətinə uyğun planlı proqram üzrə tədbirlərə başlanıldı. Mövcud resurslar və proqnoz üzrə imkanlar səfərbər olunaraq bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirildi və bu gün də davam edir”.

Azərbaycanda epidemioloji vəziyyətin nəzarətdə olduğunu deyən Rasim Quliyev bildirib ki, plan üzrə müvafiq tədbirlər həyata keçirilir: “Ölkə iqtisadiyyatının vacib sahələrinin inkişafı, əhalinin mənəvi-psixoloji vəziyyəti nəzərə alınaraq epidemiya ocaqlarının lokalizasiya olunması ilə müşayiət olunan dəyişkən, mərhələli karantin rejiminin və qaydaların tətbiq olunması, tibbi-texniki potensialın inkişafı, maddi-sosial təminatın gücləndirilməsi və nəzarətdə saxlanılması, dövlət nəzarətinin bu istiqamətdə əsas prioritetlərdən birinə çevrilməsi təqdirəlayiq haldır. Cəmiyyətdə humanizm, mərhəmət və həmrəylik hisslərinin yüksəlməsi üçün dövlət və qeyri-dövlət resursları, cəmiyyətin aktiv hissəsi ilə birlikdə böyük nailiyyət əldə olundu. Lakin vətəndaşların karantin qaydalarına əməl etməsi, şüurlu və könüllü şəkildə bu mübarizədə aktiv iştirak etməsinə tam nail olmayınca, təkcə administrativ inzibati metodlarla yüz faiz qələbə çalmaq çox çətindir. Biz ümumiyyətlə cəmiyyətin yalnız inzibati metodlarla idarə olunmasını dövlətimiz, ölkəmiz, xalqımız və vətəndaşımız üçün arzuolunmaz hesab edirik.

Düşünürük ki, xalqımız və vətəndaşlarımız qanun və qaydalara hörmətlə yanaşaraq idarəçilikdə dövlət və şəxsiyyətə hörmət, ləyaqət və qürur prinsiplərini qorumalıdır. Eyni zamanda vətəndaşların və cəmiyyətin mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq karantin qaydalarının sərtləşdirilməsinin tərəfdarı deyilik. Lakin təəssüf ki, bu qaçılmaz ola bilər. Adətən adi qrip epidemiyalarında da mövsümi dalğavari proseslər baş verir. Dünyada ikinci və hətta üçüncü dalğa da baş versə bu epidemiyaya yalnız birgə mübarizə ilə qalib gələ bilərik”.

Qurum rəhbəri əlavə edib ki, epidemiyanın təkcə fəsad və zərərindən deyil, yaxşı tərəfdən də baxmaq olar. Hər bir işdə olduğu kimi, epidemiyanın faydaları da oldu: “Birincisi, insanlarda ölüm qorxusu qarşısında olarkən mənəvi-ruhi cəhətdən daha çox dünya və maddi dəyərlərin zəif olduğunu hiss edərək mərhəmət, humanizm prinsipləri, Allaha inam, etiqad və iman daha da artdı ki, bu əsasən insanların pislikdən çəkinib yaxşılığa istiqamətlənməsini xeyli artırdı. Dünyanın hər yerində müsəlmanlara qarşı xaç yürüşü Amerikada, Çində, Avropada məscidlərin səsinin ucalması ilə nəticələndi. Yəni Allahın qüdrətini dərk edən insanlar günahsız müsəlmanlara qarşı yürüşə bir an ara verdilər. Ən azından terrorçu ilə günahsız müsəlmanın eyni olmadığı bir an da olsa xatırlandı.

İkincisi, təbiət dayanıb nəfəs aldı. Özünə başı qarışan insanın zorlama və basqılarından bir an azad olan təbiət və ekologiya bir az təmizləndi.

Üçüncüsü, onillərlə eyni rejim və eyni ritmdə çalışan insan və cəmiyyət bir növ dəyişik rejimdə texniki dildə ifadə etsək format olur. Necə ki, Allah-təala on bir ay yaşadığımız rejimi bir ay Ramazan ayında dəyişik yaşamaqla sağlamlığımızı və ruhumuzun inkişafını əmr etdiyi kimi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə