Münaqişənin nizamlanmasında BMT TŞ-nin 1993-cü il qətnamələri əsas təşkil etməlidir İtaliyanın sabiq xarici işlər naziri

İtaliyanın sabiq xarici işlər naziri, “Marco Pannella” Hüququn Aliliyi Qlobal Komitəsinin prezidentiCulio Terzi vəhəmin komitəninkatibiMatteo AnciolininErmənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarına dair birgə yazısı İtaliyanın “L’Opinione” qəzetində dərc olunub.

“Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurmalar: rasionallıq və beynəlxalq hüquqa çağırış” başlıqlı yazıda qeyd olunur ki,Ermənistan və Azərbaycan arasında 12 iyul tarixində başlamış silahlı qarşıdurmalar, hansı ki, bunu digər aktorların təhrik etməsi də istisna deyildir, Qafqazda və Avropa qitəsindəki "dondurulmuş münaqişələrdə" uzun müddətdir baş verdiyi kimi - münaqişələrin sülh yolu ilə həllinin diplomatiya, beynəlxalq hüquq və hüquqi mexanizmlərdən istifadə etmək əvəzinə, gücdən istifadə etmək və ən güclünün məntiqinə əsaslanan çıxış yolu ilə həlli məqsədini daşıyır.

Müəlliflər bildirir ki, döyüşlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üç onillikdir ki, davam edən münaqişənin sonlandırılması məqsədilə Ermənistanla aparılan danışıqlar prosesinin Ermənistan tərəfinin pis niyyəti və destruktivliyi səbəbindən bloklanması faktını pisləməsindən bir neçə gün sonra başlamışdır. “Ermənistan tərəfi əslində status-kvonun, yəni Dağlıq Qarabağ regionunun Ermənistan silahlı qüvvələrinin nəzarəti altında saxlamağa davam etməsinin, birtərəfli qaydada qorunub-saxlanılmasında maraqlı görünür”, deyə yazıda vurulanır.

“Biz qəti şəkildə ümid edirik ki, bu ciddi insidentlər dərhal dayandırılacaq və Ermənistan Azərbaycanla danışıqları bərpa edəcəkdir. Beynəlxalq sənədlər və BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri, xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin tətbiqini nəzərdə tutan 1993-cü il tarixli qətnamələr əsas təşkil etməlidir”, deyə müəlliflər bildirirlər.

Yazıda habelə, silahlı qarşıdurmaların baş verdiyi Tovuz rayonu ərazisindən İtaliyaya da neft nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Cənub Qaz Dəhlizinin başlanğıcını təşkil etməsi baxımından maraq doğuran Cənubi Qafqaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi xüsusilə vurğulanır.

Yazı ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

http://www.opinione.it/esteri/2020/07/14/redazione_scontri-armenia-azerbaijan-diritto-internazionale-caucaso-strada-diplomatica-ilham-aliyev-nagorno-karabakh/

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...