ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycana səfər edəcək. Bu barədə məlumatı SİA-ya ATƏT-in Bakı Ofisinin mətbuat və ictimai informasiya departamentinin rəhbəri Rəşad Hüseynov verib. Onun sözlərinə görə, Dunya Miyatoviç Bakıya mayın 9-da gələcək və sabahı rəsmi görüşlərə başlayacaq.
Azərbaycana səfəri çərçivəsində Dinya Miyatoviç həmçinin ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının birgə təşkil edəcəyi diffamasiya məsələlərinə həsr olunmuş konfransda iştirak edəcək. Səfər isə mayın 13-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB