"Yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür" Bəhruz Quliyev

"İşğalçı Ermənistan daxilində yaranmış və daha da kəskinləşən sosial-iqtisadi problemlər, eləcə də digər ağır vəziyyətləri fonunda mövcud durumu gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa cəhdlər göstərir. Həmçinin Ermənistan hakimiyyəti sosial dayaqlarini itirib, koronavirus böhranından çıxış yolu kimi ölkəmizin işğal olunmuş ərazisindən mövqelərimizi atəşə tutmaqla təxribat törətmək taktikasına əl atır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev cəbhə xəttində düşmənin təxribat törətməyə çalışmasına münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, düşmən bir tərəfdən daxili gərginlikdən yayınmaq, digər tərəfdən hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları həyasızcasına Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır: "İndiyə qədər də Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozub və hazırda da eyni vəziyyətdir. Eyni zamanda, bu, rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Söz yox ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə işğalçı, təxribatçı Ermənistan rəhbərliyinin üzərinə düşür və layiq olduğu cavabını da alıb, alır, bundan sonra da alacaq. Biz daha əvvəlki təxribatçı cəhdlərin düşmən üçün hansı ağır nəticələr verdiyini də yaxşı bilirik".

Ekspert sonda vurğulayıb ki, artıq beynəlxalq aləm də Ermənistanın işğalçılıq siyasətini pisləyir və bu işğalçı və təxribatçı ölkə qısa zamanda hərtərəfli tənəzzülə uğramaqla hətta siyasi xəritədən silinmək zərurəti ilə qarşı-qarşıya qalacaq. Buna isə kimsənin şübhəsi olmamalıdır", deyə, Bəhruz Quliyev vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə