Fındıq vitaminlə zəngin meyvələrdən biridir. Onun tərkibi dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. SİA-nın məlumatına görə, hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ehtiyacını 100 faiz ödəyir.
Fındıq ürək-damar sağlamlığı üçün faydalı olan doymamış yağla da boldur. Azərbaycanda da bol yetişdirilən fındıq enerji qaynağıdır. Bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Bundan əlavə bu dadlı quru meyvə xolestrolu salır, ürək ritmini tənzimləməyə kömək edir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığına, sümüklərin inkişafına kömək edir.
Fındığın daha bir faydası isə onun yağındadır. Bu yağ xüsusilə dəri problemlərində istifadə edilə bilər. Dəriyə nəm, parlaqlıq, canlılıq verilir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB