“Ermənistanda qarşıdurma fonunda polis əməkdaşları əsəblərini cilovlaya bilmir” “İrates” qəzeti yazır

İki il əvvəl "küçələrdə addımlayanlar" hakimiyyətə "Polis bizimdir" şüarı ilə gəlmişdi, lakin bir müddət sonra bəlli oldu ki, "bizim polis" vətəndaşların mənafeyinə məhəl qoymadan hakimiyyətin istənilən əmrinə tabe olmalıdır. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus "İrates" qəzeti yazır.

Qəzet yazır ki, bu gün əvvəllər olduğu kimi, vətəndaşlarla polis arasında münasibətlər gərginləşir və bir çox hüquq-mühafizə orqanlarının əməkdaşları bu qarşıdurma fonunda əsəblərini cilovlaya bilmir.
Nəşr qeyd edir ki, əldə etdiyi məlumata görə, müəyyən miqdarda cərimələrin ödənilməsi üçün sərt sərəncam verilib, buna görə adi polislər cəmiyyət tərəfindən tənqid olunur.
"Bütün günah adi polisin üzərinə düşür, baxmayaraq ki, onlar yalnız ali rəhbərliyin əmrinə tabedir. Bu günlərdə bir çoxu sistemdəki problemlərdən, anlaşılmaz əmrlər səbəbiylə cəmiyyətin polisə olan mənfi münasibətindən şikayətlənir", deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə