"İnanırıq ki, Prezidentin səsləndirdiyi qlobal çağırışlar əhəmiyyətli rola malik olacaq" Rəşad Cəbrayılov

"Azərbaycan dövlətinin son 17 ildə əldə etdiyi inkişaf bütün dünya ölkələri tərəfindən təqdir edilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasəti bu gün bütün sahələrdə inkişafın təmin olunmasına yol açıb. Məhz bu inkişafımız dünyanı cənginə almış yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə fəal mübarizə aparmağımızda, əldə olunan nailiyyətlərdə əhəmiyyətli rola malik oldu". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib.

Milli maraqları əsas götürən Azərbaycan dövlətinin qlobal problemlərin həllindəki rolundan bəhs açan R.Cəbrayılov qeyd edib ki, Azərbaycanın müasir və sürətli inkişaf modeli beynəlxalq aləmin diqqət mərkəzindədir: "Koronavirus pandemiyasının yayılmasına qarşı ölkəmizdə görülən tədbirlər, əldə olunan mühüm nailiyyətlər bütün beynəlxaq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilir. Prezident İlham Əliyevin vətəndaşların sağlamlıqlarının qorunması, iqtisadi stabilliyin təmini istiqamətində apardığı dövlət siyasəti ölkəmizdə sosial rifahın sabitliyini şərtləndirdi. Dövlət başçımızın Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının COVİD-19-a həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi, bu təşəbbüsün 130-dək dövlət tərəfindən dəstəklənməsi isə Azərbaycanın beynəlxalq miqyasıdakı nüfuzunun bariz göstəriciidir".

R.Cəbrayılov qeyd edib ki, belə çətin günlərdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti ifadəsidir. YAP Salyan rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçımızın uğurlu fəaliyyətinin, təşəbbüslərinin dünya birliyi tərəfindən dəstəklənməsi qürurvericidir və hər birimiz inanırıq ki, məhz Prezident İlham Əliyevin koronavirusla mübarizə çərçivəsində səsləndirdiyi qlobal çağırışlar bu problemin həllində əhəmiyyətli rola malik olacaq. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə