“Radikallar Azərbaycan daxilində "kiçik Ermənistan” rolunu oynamamalıdırlar” ÖZƏL-MÜNASİBƏT

“Milli Şura” sanki “hakimiyyət və vəzifə” yönündə proqramlaşdırılmış robotlardan ibarətdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.

Partiya sədrinin birinci müavininin sözlərinə görə, bu gün “Milli Şura”nı nə Dağlıq Qarabağ məsələsi maraqlandırır, nə də ölkədəki pandemiya ilə mübarizə.

“Milli Şura”nı sağlam siyasi düşüncə, milli ideyalogiya və dövlətin mövqeyi kimi mühüm amillər yox, hakimiyyət və vəzifə üçün robotlaşmış beyinlər təşkil edir. Əfsuslar olsun ki, belə beyinlər də, özünü müxalif qüvvə hesab edir. Bu gün xalqın sağlığını, təhlükəsizliyini və rifahını düşünməyən müxalif qüvvə üçün sizcə “Xalq”, “Vətən”, “Dövlət” anlayışı ola bilərmi? Rus ədəbiyyatının tənqidçisi Belinski deyir ki, “İnkişaf özünü tənqiddən başlayır”. Hesab edirəm, “Milli Şura” bir qədər də, özünü tənqid etməyi öyrənməlidir. Çünki hakimiyyəti yetəri qədər ədalətsiz və haqsız tənqid edirlər. Bir qədər də öz güclərini özfəaliyyətə sərf etsinlər. Anlamaq gərəkir ki, bu gün pandemiya ilə mübarizə zamanı hər bir müxalif partiyanın birinci dərəcəli məqsədi xalqın rifahı, sağlığı və təhlükəsizliyinin təminatı olunmalıdır. Müxalifət qüvvələri Azərbaycan daxilində kiçik “Ermənistan” rolunu oynamamalıdırlar! Bu milli və mənəvi dəyərlərə qarşı olmaqla yanaşı, birmənalı olaraq dövlətçiliyə qarşı olmaq deməkdir”, deyə Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini öz iradlarını ifadə edib.
Əsli Kazımova eyni zamanda xəstəliyin yayılmasına bəzi insanların məsuliyyətsizliyinin səbəb olduğu xaotik vəziyyətlə əlaqədar ölkə başçısı Cənab İlham Əliyevin çıxışı ilə bağlı fikirlərini də açıqlayıb və xüsusilə vurğilayıb ki, Cənab Prezidentin nitqi, COVİD-19-la mübarizə tədbirlərinin onun xüsusi diqqət mərkəzində olduğunun baris nümunəsidir.
“Cənab Prezidentin pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ayırdığı bütün diqqət və qayğını danmaq ədalətsizlik olar. Belə bir əməyin və zəhmətin qarşısında ötən gün məşhur oteldə baş verənləri görəndə çox məyus oldum. Əfsuslar olsun ki, bir sıra insanlar üçün şəxsi maraqlar “xalqın təhlükəsizliyi” və ölkədəki əminamanlıqdan daha üstündür. Onlar elə hesab edirlər ki, xalq da, dövlət də, vətən də sadəcə hakimiyyətə məxsusdur. Ona görə də, “mənim deyilsə, ziyan vurum” təfəkkürü ilə hərəkət edirlər. Əzizlərim, xalq da, dövlət də, vətən də hər birimizindir! Ona görə də, xalqın təhlükəsizliyi də, rifahı da, ölkədəki əminamanlıq da, sabitlik də, vətənin bölünməzliyi də hamımızın problemidir. Bu problemi isə biz sadəcə həmrəylik və səbirlə dəf edə bilərik”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...