“Ermənistan hakimiyyəti hakim və Konstitusiya Məhkəməsinin sədri axtarışındadır” “Hraparak” qəzeti yazır

Ermənistan hakimiyyəti hakim və Konstitusiya Məhkəməsinin sədri üçün ciddi axtarışdadır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Nəşr qeyd edir ki, mümkün namizədlərin adları müzakirə olunur. Onlardan biri, iki ildir hakimiyyəti tərifləyən və etibarını qazanan Karen Andreasyandır. Onun namizədliyini prezident Armen Sarkisyan irəli sürə bilər.
Bildirilir ki, ancaq ən maraqlısı, artıq şiddətli tənqid almış Qaqik Canqiryanın namizədliyidir. İnsanlar onun "erməni seçki saxtakarlığının davamçısı" olduğunu xatırlayırlar, baxmayaraq ki, bəzilərinin fikrincə, qeyd olunan bütün namizədlər arasında ən normal vəkildir, əlavə olaraq onun da Xaçatur Sukiasyan kimi ciddi "bonusu" var.

Həmçinin nəşr tərəfindən xatırladılır ki, yeri gəlmişkən, Ararat Mirzoyan həqiqətən də atası Vladimir Vardanyanın Konstitusiya Məhkəməsinin sədri olmasını istəyir. Vəkil Karapet Badalyanın namizədliyinə gəlincə, o, "Yenidən başla" təşəbbüsünün maraqlarını müdafiə edib, yəni Soros komandasının namizədidir. Bundan əlavə, o, Hranuş Xaratyanın qızının əri, Arsen Xaratyanın kürəkənidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə