“Mənim addımım” bir şəxsin partiyasına çevrilib” “Hraparak” qəzeti yazır

Nikol Paşinyan "Mənim addımım" fraksiyasının deputatlarını qorxularından "müalicə edə" bilib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Sözügedən qəzet yazır ki, iqtidar fraksiyasından olan üsyankar deputatların “qara siyahısı” tərtib edildikdən və bununla bağlı hüquq-mühafizə orqanlarının işçilərinə göstəriş verildikdən sonra “Mənim addımım” bloku son günlər Nikol Paşinyanın istədiyi qərarları yekdilliklə qəbul edən və bir şəxsin partiyasına çevrilib.

Nikol Paşinyan adından deputatlara məlumat veriblər ki, indi yenidən qayğısız həyatlarından həzz ala bilərlər və “qara siyahı” arxivə göndərilib. Nikol Paşinyan son günlərdə göstərilən xidmətlərə görə əfv elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə