“Rusiyadakı vətəndaşlarımızın zorakılıq xarakteri daşıyan addımlardan çəkinməsi vacibdir” - Hikmət Hacıyev
“Rusiyada olan vətəndaşlarımızın zorakılıq xarakteri daşıyan hər hansı addımlardan çəkinməsi vacibdir”.
SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dağıstanda azərbaycanlıların həbsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, saxlanılan Azərbaycan vətəndaşları ilə əlaqədar Azərbaycanın aidiyyəti strukturları Rusiya ilə əlaqə saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB