“Ermənilərdə dövlətçilik psixologiyası və dövlətçilik yaddaşı yoxdur” ÖZƏL-ŞƏRH
"Ümumiyyətlə, Ermənistan adlı bir dövlətin yaradılması tarixinin özü başdan-ayağa bir yalandır. Bu tarix rüsvayçılıq üzərində qurulub. Ermənilər hər zaman özləri üçün bir dövlətçilik ideologiyası yaratmağa cəhd göstəriblər. Biz əsasən də sovet imperiyası dönəmində bunun şahidi olmuşuq". Bunu SİA-ya politoloq Vüqar Zifəroğlu deyib.
Politoloqun sözlərinə görə, onlar müxtəlif qondarma tarixi mənbələri uydurub ortaya çıxarıblar: "Əsaslandırmağa çalışıblar ki, bölgənin avarogen xalqıdır, guya onların dövlətçilik tarixi olub və s. Bildiyiniz ki, bu məsələ dəfələrlə bizim tarixçilərimiz tərəfindən də yazılıb, araşdırılıb və ortaya qoyulub. Beləcə bunun nə qədər yalan olduğunu biz hamımız çox gözəl bilirik. 1990-cı illərdən sonrakı dönəmdə də Ermənistan adlı dövlət sadəcə olaraq müəyyən bir ölkənin forpostu və hətta deyərdim quberniyası funksiyası oynamaqdan başqa bir şey etməyib. Bilirsiniz ki, Ermənistanda iqtidarlar dəyişə bilər. Amma Ermənistanda dövlətçilik ənənələri olmadığına görə onlar bu dövlət missiyasını heç cür irəli apara və inkişaf etdirə bilməzlər. Ümumiyyətlə ermənilərdə dövlətçilik psixologiyası və dövlətçilik yaddaşı yoxdur. Yəni xalqlar var ki, onlar dövlətçilik ənənələri olmuş xalqlardır. Məsələn biz dövlətçilik ənənəsi olmuş xalqıq. Bu isbata ehtiyacı olmayan bir aksiomdur.
Bizim türk milləti, Azərbaycan xalqı olaraq bu bölgədə 5 min illik dövlətçilik yaratmaq ənənələrimiz var. Amma ermənilərdə elə bir ənənə yoxdur. Ermənilərdə həmişə iki istiqamətdə fəaliyyət özünü göstərib. Bunlardan biri kilsə digəri isə diaspora fəaliyyətidir. Yəni onların dövlətçilik yaddaşı olmadığına görə onlarda bütün tarixi dövrlərdə arxalandığı iki riçarq olub. Kilsə və diaspora. Sırf dövlət ənənəsi olmadığına görə onlarda dövlətçiliyin inklişafı barədə heç vaxt və heç bir zaman söhbət gedə bilməz. Cənab Prezident İlham Əliyev də tarixi çox gözəl bilir. Ölkə başçısı “Münhen”də keçirilən debat zamanı Ermənistan Baş naziri Nikol Paşinyana kifayət qədər tutarlı, əsaslı tarixi faktlara əsaslanan cavablarını verdi. Təbii ki, bunu bütün dünya da gördü. Təsadüfi deyil ki, hətta xarici ölkələrin medialarında belə bu debat haqqında birmənalı şəkildə qeyd etdilər ki, Azərbaycan Prezidenti faktiki olaraq tarix dərsi keçdi. Cənab Prezident son çıxışlarında özü də vurğuladı ki, hazırki Ermənistan dövlətinin özü belə qədim türk və Azərbaycan torpaqlarının üzərində qurulmuş bir dövlətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB