Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 1-da saat 13.10-dan 13.15-dək və 18.25-dən 18.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnə Qışlaq kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, mayın 2-də saat 03.40-dan 03.54-dək isə Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə