"Paşinyan bundan sonra da siyasi zərbələr alacaq" ÖZƏL - MÜNASİBƏT

"Paşinyan bundan sonra da siyasi zərbələr alacaq" ÖZƏL - MÜNASİBƏT

"Ermənistanın Baş naziri Nikol Paşinyan bundan sonra da siyasi fəaliyyətində zərbələr almağa davam edəcək. Lakin, gələcəkdəki bu zərbələr sadəcə olaraq diplomatik səviyyədə qalmaqda kifayətlənməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə və dünyadakı nüfuzunu analiz edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın bir siyasətçi kimi intellektual səviyyəsinin nə qədər aşağı olduğu Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransı zamanı iştirakında da özünü göstərdi: "Nikol Paşinyanın intellektual səviyyəsi, siyasi bilik və savadı o qədər aşağı səviyyədədir ki, onun Prezident İlham Əliyevin çıxışına müdaxilə etməsi, yersiz və eyni zamanda səviyyəsiz rəftarı açıq-aşkar görünürdü. Məsələ burasındadır ki, Prezident İlham Əliyev çox tutarlı əsaslarla Ermənistanın apardığı işğalçılıq siyasət haqqında fikirlərini hər zamankı kimi və hər kürsüdə olduğu kimi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin hökumət və dövlət başçılarının videokonfransında da bildirdi".

Ekspert bildirib ki, Nikol Paşinyanın Ramil Səfərovla bağlı məsələni gündəmə gətirməsi və Prezident İlham Əliyevin ona tutarlı arqument gətirməsi Paşinyanın bütün planlarını alt-üst etdi: "Nikol Paşinyan guya ki, Ramil Səfərov məsələsi ilə Azərbaycanın imicinə zərbə vurmaq istəyirdi. Lakin, erməni terrorçusu hansı ki, Parisin hava limanında terror aktı törətməkdə günahlandırılırdı və buna görə o həbs edilmişdi. Bununla bağlı Ermənistanın imicinə ciddi şəkildə zərbə vuraraq, Prezidentin məsələyə fikir bildirməsi Nikol Paşinyanın fikirlərini alt-üst etdi. Hər halda Ermənistanın son 10 gün ərzindən üst-üstə təkcə Avropa Parlamenti tərəfindən aldığı ağır siyasi zərbələr kifayət qədərdir ki, bu Nikol Paşinyanın diplomatiyasının hansı səviyyədə olmasının əyani göstəricisidir. Əslində təbii ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan sonra da siyasi fəaliyyətində zərbələr almağa davam edəcək. Lakin, gələcəkdəki bu zərbələr sadəcə olaraq diplomatik səviyyədə qalmaqda kifayətlənməyəcək, digər məsələlərdə və istiqamətlərdə də Paşinyan müxtəlif çətinliklərlə üzləşəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə