Bakı şəhərində taksi xidmətinin müasir standartlar səviyyəsində təşkilinin təmin olunması üçün Nəqliyyat Nazirliyi müvafiq tədbirlər həyata keçirir.
SİA-nın xəbərinə görə, bu tədbirlər çərçivəsində yaxın günlərdə ölkəmizə taksi fəaliyyətinin daha da təkmilləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üçün 100 avtomobil gətiriləcəkdir.
Bakı şəhərində sərnişindaşımanın keyfiyyətini artırmaq və taksi parkının yeniləşməsinə kömək etmək məqsədi ilə London Taksi Şirkəti ilə imzalanan müqaviləyə əsasən şirkət "Bakı Taksi Compani" Məhdud Məsuliyyətli Cəmiyyətinə müasir tələblərə cavab verən min "TX4" markalı avtomobil satacaqdır. "Azərnəqliyyatservis" Açıq Səhmdar Cəmiyyətinin xidmət rəisi Rauf Orucov bildirib ki, artıq 100 taksi sifarişçinin ünvanına göndərilmişdir. May-iyun aylarında bu taksilər əhalinin istifadəsinə veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB