“Sabaha inamla baxan Azərbaycan məhz Onun - Heydər Əliyevin əsəridir”
"15 iyun Azərbaycanın qızıl hərflərlə tarixə yazıldığı gündür. Bu sözləri SİA-ya qardaş Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Türkiyə Jurnalistlər Birliyinin Ankara şəhər şöbəsinin sədri, gazeteanka.com saytının baş redaktoru, yazıçı-jurnalist Oktay Hacımusalı bildirib. Onun sözlərinə görə, yenicə müstəqilliyini elan edən Azərbaycanın müstəqillikdən dərhal sonra Ermənistanın işğalçı hücumlarına məruz qalması, ölkədə yaşanan hərc-mərclik heç şübhəsiz başımızın üstündə qara buludların dolaşmasına səbəb olub. Bu qara buludların qətiyyən başımızın üstündən çəkinmədiyini, əksinə daha da ölkənin xaosa və anarxiyaya sürükləndiyini qeyd edən yazıçı-jurnalist həmin anlarda xalqın bir xilaskar arayışı içərisində olduğunu sözlərinə əlavə edib: "Həmin günlərdə xalqın bir istəyi var idi, nə yolla olursa olsun, yaranan bu xaos və anarxiyaya son qoyulsun. Elə ona görə hər kəs gözünü o zamanlarda Naxçıvanda yaşayan Heydər Əliyevə dikmişdi. Sovetlər zamanında nəhəng bir imperiyanın ikinci şəxsi olmuş Heydər Əliyevin xalqı bu bəladan xilas edəcək bir qüvvə olduğuna hər kəs adı qədər əmin idi. Və 15 iyun 1993-cü ildə Bakıya geri dönən Heydər Əliyev ölkəmizin, vətənimizin tarixində yeni şanlı bir səhifə açdı". "O, dağılmaq, parçalanmaq ərəfəsində olan bir ölkəni yenidən qurdu, yaratdı, inamla gələcəyə apardı", deyən O.Hacımusalı eyni zamanda bildirib ki, bu gün onun daxili və xarici siyasətini uğurlu bir şəkildə davam etdirən prezident İlham Əliyev və Azərbaycan respublikasının I vitse prezidenti Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan inkişaf edir, regionun lider dövlətinə çevrilib: "Sabaha inamla baxan Azərbaycan məhz -Onun - Heydər Əliyevin əsəridir. Və onun xatirəsi yaşadıqca Azərbaycan böyüyərək, inkişaf edəcək və sabaha doğru inamla addımlayacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB