Google Chrome brauzerinin sayca 11-ci versiyasını buraxıb

Google Chrome brauzerinin sayca 11-ci versiyasını buraxıb
Google korporasiyası Chrome brauzerinin yeni, sayca 11-ci versiyasını buraxıb. SİA-nın məlumatına görə, yeni versiyanın əsas üstünlüklərindən biri səsin tanınması və mətn şəklinə çevrilməsi imkanı olub. Gələcəkdə internet-brauzer tərəfindən insan səsinin tanınması mətni klaviatura vasitəsilə daxil etməyə çətinlik çəkən istifadəçilər üçün olduqca faydalı funksiya ola bilər.

Mikrofonla işləyən səsli komanda funksiyası tamlıqla HTML5 dili bazasında işlənib hazırlanıb. Bu isə o deməkdir ki, brauzer üçün heç bir digər əlavə quraşdırmalara ehtiyac yoxdur.

İlk dəfə yeni funksiya Google Translate tərcümə servisində tətbiq olunub. Klaviaturada tərcümə üçün sözün və ya cümlənin yığılması əvəzinə Chrome 11 istifadəçiləri bu sözü və ya cümləni mikrofona söyləyə biləcək. Google Translate isə səsləndirilmiş kontenti müəyyən edərək onu istifadəçinin əvvəlcədən seçdiyi dilə tərcümə edir. Hələ ki, tərcümə servisi yalnız ingilis dilində şifahi nitqi müəyyən edə bilir.

Yeni versiyada Google həmçinin Chrome-un loqotipini də dəyişdirilərək.

Bütün xəbərlər Facebook səhifəmizdə