Paşinyanın virusa yoluxma xəbərləri özünün "mətbəx uydurması"dır - ŞƏRH ÖZƏL

“Paşinyanın koronavirusa yoluxub yoluxmadığını qəti sübut etmək mümkün olmasa da, onun yoluxma məsələsindən siyasi məqsədlərlə istifadə etmək niyyətində olduğunu göstərən əlamətlər var. Hələ az əvvəl onun Azərbaycanın işğal edilmiş torpaqlarında guya koronavirus testindən neqativ çıxdığı bəyanatından sonra virusa yoluxduğu barədə təzə xəbər xeyli şübhə çəkir. Hazırda Ermənistandakı daxili vəziyyət, Paşinyanın özünün siyasi durumu və Paşinyanın iki illik siyasəti nəticəsində ölkənin dünyadakı itirilmiş mövqeləri baş nazirin yoluxması xəbərlərinin arxasında siyasi niyyətlərin olduğunu deməyə əsas verir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, sanki Paşinyan indiki əlverişsiz daxili və xarici siyasi vəziyyətindən virusa yoluxma görüntüsü ilə çıxmağa və öz düşdüyü şəraiti manipulyasiya etmək istəyir: “Ümumən erməni etnosunun genetikasında özünü yazıq və çarəsiz durumda göstərərək bunu siyasi manevr imkanına çevirmək üsulunun olduğunu bilirik və ermənilər tarixən bu üsuldan çox faydalanıblar. Görünür ümumi erməniçiliyə xas olan bu "taktik qabiliyyət" Paşinyanda daha qabarıqdı. Paşinyanın virusa yoluxma məsələsini siyasi vasitəyə çevirmək ehtiyacları nələrdən irəli gələ bilər? Əvvala, onun ölkəsində koronavirusa qarşı aparılan işlərin nəticəsizliyi onu daha pis duruma salıb. Onsuz da iki il əvvəl xalqa verdiyi sosial-iqtisadi vədləri icra edə bilmədiyi üçün yetərincə hörmətdən düşüb. Bu yandan da koronavirusla mübarizə uğursuzluğu onun vəziyyətini daha da ağırlaşdırıb. Hətta bir neçə həftə əvvəl ölkəsində koronavirusun yayılma riskinə görə qonşu Gürcüstanı belə qınamaq vəhdləri özünə yer aldı. Hazırda Ermənistanın hər milyon əhali hesabı ilə yoluxma sayına görə dünyada 6-cı yerdə olması məhz Paşinyanın "xidməti" sayıla bilər”.

A.Quliyev qeyd edib ki, Dağlıq Qarabağ siyasəti Ermənistana nəinki heç bir uğur gətirmədi, hətta Baş nazir özünün ziddiyyətli tezisləri ilə Ermənistanın dünyada sülh istəməyən və danışıqlardan qaçan ölkə imicini qəti formalaşdırdı: “Rusiya kimi strateji müttəfiqlə uğursuz siyasətlər onun vəziyyətini daha da çətinləşdirdi. İş ora çatdı ki, hətta Putin onun qaz qiymətini aşağı salmaq barədə xahişini açıq yerə saldı və elə cavab verdi ki, rəsmi Kremlin ona arzuolunmaz hakimiyyət sahibi kimi baxdığına şübhə yeri qalmadı. Avropa ilə siyasətin uğursuzluqları da göz qabağındadır. Hətta erməni aviakompaniyalarına Avropa məkanında uçuşlara məhdudiyət qoyulursa və kredit xahişləri yerinə yetmirsə, bu artıq Paşinyana bəlli münasibətin göstəricisidir. Nəhayət, bu da faktdır ki, Paşinyan ölkədə koronavirusla mübarizədə zəifliyini faktiki etiraf edərək dünya dövlətlərindən acizanə şəkildə yardım istədi. Halbuki onunla qonşu Azərbaycan xaricdən yardım istəyən 150 ölkədən biri olmadı və əksinə, Prrzident Əliyevin dediyi kimi 30 ölkəyə yardım edir. Paşinyan üçün öldürücü ifşa effektinə malik bu fakt erməni cəmiyyətinə yaxşı məlumdur. Deyilənlər belə qənaətə əsas verir ki, Paşinyanın virusa yoluxma xəbərləri özünün "mətbəx uydurması" ola bilər. Paşinyan bu "tryukka" hər tərəfdən məruz qaldığı sıxıntıları dəf etmək üçün heç olmasa erməni cəmiyyətinin gözündə dayaqlarının sonadək itirilməsinin qarşısını almaq istəyir. Guya "fədəkar" dövlət rəhbəri olduğunu sübut etmək istəyir. Paşinyan öz gedişləri ilə erməni cəmiyətinin "mərhəmət hissiyatına" oynaya bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə