"Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərilib" Tural Gəncəliyev

"Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərmişik". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, bundan öncə də icma və öz adından Kanada Parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə "təbrik məktubu"nu göndərməsinə etiraz edib:

"Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır. Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderin saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...