Ermənistanda dərc edilən “İrates” qəzeti yazır ki, hakimiyyət daxilindəki sorosçular Paşinyandan narazıdırlar və bunu gizlətmirlər. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, sonuncu hələ inqilab vaxtı əldə edilən razılaşmalara əməl etmir, onların (sorosçuların) irəliləmələrinə məhdudiyyətlər qoyur.
“Sorosçular hesab edirlər ki, Nikol Paşinyan bunu strateji müttəfiqi Rusiyanın xoşuna gəlmək üçün edir, lakin reallıqda Paşinyan sadəcə hakimiyyətin monopoliyasına görə qorxaraq, sorosçulara kart-blanş vermək istəmir”, deyə yazan “İrates” Nikolun sorosçuları dalana dirəməsini onların sahiblərindən Qarabağ məsələsində və digər məsələlərdə daha böyuk dəstək alması ilə əlaqələndirib.
“Həmçinin deyirlər ki, Paşinyanla sorosçularla arasında baş verən ixtilafın əsas səbəbi həm də ondadır ki, sorosçular Nikolun süqutunu hiss edirlər və onunla bir yerdə heç kim batmaq istəmir”, erməni nəşri yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB