Nadir Əzməmmədov: “Azərbaycandan Rusiyaya və əks istiqamətdə hərəkət edən qatarlarla bağlı problem yoxdur”
Dağıstan ərazisində dəmir yolunda baş vermiş partlayışlar Azərbaycandan Rusiyaya və əks istiqamətdə gedən qatarların hərəkət qrafikinə təsir etməyib. SİA-nın xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, qatarlar üçün əlavə alternativ yollar ayrılıb ki, bunun nəticəsində hərəkətlə bağlı problem olmayıb: "Dağıstan ərazisində dəmir yolunda baş vermiş partlayışların sayı artıb və təkcə son istirahət günləri bir neçə partlayış baş verib. Lakin bu, qatarların hərəkətinə təsir etməyib".
Qeyd edək ki, ötən şənbə Dağıstanın Qızılyurd rayonunun Kuruş-Qızılyurd stansiyaları arasında partlayış baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB