Elman Məmmədov: "Kerolayn Azərbaycana qarşı həmişə düşmən mövqeyində olub"

Elman Məmmədov: "Kerolayn Azərbaycana qarşı həmişə düşmən mövqeyində olub"

"Kerolayn Koksla mən çoxdan tanışam. 1990-ci ildən tanıyırıq bir-birmizi. Özü də çox pis tanıyıram onu. Ermənistan, Azərbaycan,Dağlıq Qarabağ münaqişəsində o, ən pis ermənidən də pis mövqedədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, Xocalının sabiq İcra Hakimiyyəti başçısı Elman Məmmədov Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun separatçı quruma səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransıda Azərbaycan haqqında səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, Kerolayn Koks 1990-ci ildən başlayaraq vaxtaşırı ildə bir neçə dəfə Dağlıq Qarabağa səfər edib: "Mən o vaxtlar Xocalı rayonun rəhbəri vəzifəsində çalışırdım. Bu zaman onunla görüşlərimiz çox olub. Bəlkə də kökü ermənidir, ancaq ingilis mənşəsi altında gizlənir. Onun yeganə bir məqsədi var, Dağlıq Qarabağ müstəqil bir dövlət olmalı, ya da Ermənistana birləşməlidir. Bu şəxslə söhbətdə o həmişə fikrini belə bəyan edirdi. Bir dəfə, onun növbəti gəlişi vaxtı mən onu Xocalı hava limanında saxladım. Palyaniçkonun ciddi təkidindən sonra mən hava limanından buraxdım getdi Xankəndinə. Palyaniçko məsələni belə qoydu ki, mən onu aparım, Xocalıdakı qaçqın-məcburi köçkünlərlə görüşdürüm. Bu da elə bir günə təsadüf etmişdi ki, ermənilər bir neçə istiqamətdə Xocalını raket ateşinə tutmuşdular və bir neçə ev yanmışdı. Mən ona mövcud olan vəziyyəti göstərdim. O, isə cavabında belə bir ifadə etdi: "Siz görün bu ermənilərin canını nə qədər boğazına yığmısınız ki, bunlar məcbur olub raket atəşinə tutublar".

Millət vəkilinin sözlərinə görə, gərək Azərbaycan ictimaiyyətinə bu qadının mövqeyi bəlli olmalıdır. Belə ki, Kerolayn Koks sırf erməni xislətli, onlara qulluq edən bir şəxsdir: "O Azərbaycana qarşı həmişə düşmən mövqeyində olub. Hətta o bu illər ərzində Dağlıq Qarabağa külli miqdarda yardımlar daşıyıb. Konkret olaraq bildirmək istərdim ki, nə qədər ki, Dağlıq Qarabağa biz nəzarət edə bilmirik, Dağlıq Qarabağa gediş-gəliş bizdən asılı olmayınca, ona görə ora Koks da gedəcək, it də gedəcək. Parlament həmişə olduğun kimi Azərbaycanın mövqeyini ifadə edəcək. Bu Azərbaycanın ərazı bütövlüyünə, konstitusiyasına hörmətsizlikdir".

Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının üzvü, millət vəkili Asəf Hacıyev isə Lordlar Palatasının və digər ölkələrin parlament üzvlərinin Dağlıq Qarabağa səfərini dövlətin rəsmi mövqeyi olmadığını vurğulayıb: "Bu bir şəxs kimi gəlib. Düzdür, onun vəzifəsi böyükdür, Lordlar Palatasının vitse-prezidentidir. Amma bu şəxsi təşəbbüsüdür. Bunu dövlətin siyasəti ilə qarışdırmaq lazım deyil. Çünki bir çox dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Məsələn, ABŞ. Lakin bəzi konqresmenlər Dağlıq Qarabağa səfər edirlər. Bir də vurğulamaq istərdim ki, Azərbaycanın strateji tərəfdaşları var. Onlar dünyada aparıcı dövlətlər statusunda çıxış edir. Bunların da mövqeyi hamıya aydındır".

Bütün xəbərlər Facebook səhifəmizdə