Təhsil naziri: “Dərsliklərdəki səhvlərə görə əsas dərsliyi çap edən nəşriyyat və qiymətləndirənlər məsuliyyət daşıyır” - AÇIQLAMA
Bu gün dərsliklərdə səhv yox, qüsur və nöqsanlar olur. SİA-nın xəbərinə görə, bu barədə junalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, dünyada ideal heç bir şey yoxdur, o cümlədən insanlar, dərslik də ideal ola bilməz. Hər dərsliyə insanların öz yanaşmasının olduğunu deyən təhsil nazirinin sözlərinə görə, biri bunu səhv, digəri nöqsan, başqa birisi isə düz hesab edə bilər. M.Mərdanov qeyd edib ki, son illər Azərbaycanda dərslik hazırlığında çox böyük işlər görülüb.
"Həm dərsliyin məzmunu ilbəil təkmilləşir, yenişləşir, həm də poliqrafik keyfiyyəti yaxşılaşır. Ancaq istisna deyil ki, dərslik də bir qrup insanların təxəyyülünün nəticəsi olduğuna görə burada da müəyyən səhv və nöqsan ola bilər. Biz ilbəil bunları aradan qaldırırıq. Bu istiqamətdə çox ciddi addımlar atılır. Əlbəttə dərsləri hazırlayan və qiymətləndirənlər bu məsələdə məsuliyyət daşıyır. Hamı dərsliyin keyfiyyətinə görə mənə baxır. Ancaq mən nə dərslik hazırlayan, nə də yazanam. Bu işlərə görə əsas dərsliyi çap edən nəşriyyat və qiymətləndirənlər məsuliyyət daşıyır", - deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB