Nokia ilə Microsoft şirkətləri əməkdaşlıq edəcək

Nokia ilə Microsoft şirkətləri əməkdaşlıq edəcək
Finlandiyanın Nokia və ABŞ-ın Microsoft şirkətləri smartfon bazarında strateji tərəfdaşlıq haqqında rəsmi saziş imzaladıqlarını elan ediblər. SİA-nın verdiyi xəbərə görə, sazişin şərtlərinə əsasən, fin smartfon istehsalçısının qurğuları üçün əsas platforma kimi Windows Phone 7 (WP7) mobil əməliyyat sistemindən istifadə ediləcək.
Sözügedən rəsmi saziş Nokia və Microsoft arasında 2011-ci ilin fevral ayında elan olunmuş şifahi razılaşmanın davamı olub. Həmin razılaşmaya əsasən ABŞ və Finlandiya şirkətləri birgə mobil sistem üzərində işləyəcək ki, buraya Windows Phone platforması və Nokia smartfonlarının daxil ediləcəyi nəzərdə tutulub. Şirkətlərin rəhbərləri Stiven Elop və Stiv Balmer sıx əməkdaşlığın nəinki Nokia və Microsoft, həmçinin tərtibatçılar və istifadəçilər üçün faydalı olacağında əminliklərini bildiriblər. WP7 bazasında ilk Nokia smartfonlarının gələn il buraxılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə