"Ermənilərin genetik kodunda faşizm ideologiyası dayanır" ÖZƏL - MÜNASİBƏT
"Faşizm ideologiyası altında törədilən soyqırımılar hər kəsə məlumdur. Xocalı hadisələrinin də törədilməsində həmin faşizm dəsti-xətti aydın görünür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov Ermənistanın siyasi rəhbərliyinin illər boyu dəyişilməz olaraq qalan ideologiyasından danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətində illər boyu kimin olmasından asılı olmayaraq onların genetik ideologiyaları var və bu ideologiya faşizm ideologiyasından qaynaqlanır: "Onlar bu ideologiyalarına illərdir ki, çox sədaqətlə xidmət edirlər. Bu günlərdə bütün dünya faşizmin üzərində qələbənin 75 illiyini qeyd edərkən, yəni, yaranmış hadisələri müxtəlif formatlarda yada salarkən Nikol Paşinyanın faşizmə qulluq edən babasının şəklini paylaşması Ermənistanın genetik kodunda faşizm ideologiyasının dayandığını bir daha sübut etmiş oldu.
Faşizm ideologiyası altında törədilən soyqırımılar hər kəsə məlumdur. Xocalı hadisələrinin də törədilməsində həmin faşizm dəsti-xətti aydın görünür. Nə qədər qəddar ola biləsən ki, belə bir soyqırımını törədə biləsən. İkinci Dünya Müharibəsində törədilən soyqırımılarından sonra 20-ci əsrin sonlarında belə bir faciəni kim törədə bilər? Yalnız, faşist ideologiyasına qulluq edən insanlar. Özünü demokrat kimi qələmə verən Nikol Paşinyanın faşist ideologiyasına qulluq edən babasının dəstəsində olduğu Qaragin Njde də Prezident İlham Əliyev tərəfindən ifşa olundu. Bununla da Ermənistanın dünyaya erməni demokratiyasını təqdim etməyə çalışan şəxslərinin genetik kodunda faşizm ideologiyasının dayandığı bir daha sübut olundu. Təbii ki, bu ideologiyadan geri durmaq fikirləri də yoxdur".
Millət vəkili vurğulayıb ki, Paşinyanın özü də son hərəkəti ilə Ermənistan rəhbərliyinin faşizmə və bu ideologiyaya xidmət etdiklərini göstərmiş oldu: "Bir daha bu bizə tarixi həqiqətlərə nəzər salmağa imkan yaratdı. Bu gün bütün dünya və Avropa tərəfindən tanınan məşhur ASALA terror təşkilatı Avropada silsilə qətilləri, adlı qətilləri və terror hadisələri törətməklə məşğuldur. Məhz, erməni terror təşkilatı olan ASALA-nın törətdiyi əməllər bütün dünya və Avropaya məlumdur.
Faşist ideologiyası altında fəaliyyət göstərən Nikol Paşinyanın bununla yanaşı heç bir siyasi səriştəsi də yoxdur. O Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmiyərək, münaqişəli vəziyyəti sürdürməyə hazırdadır. Nə olursa olsun, Ermənistan məhv olsa belə, bu terror və insan ölümlərinin davam etməsi, insanların əzab çəkməsi, yerindən-yurdundan didərgin düşmələri Ermənistanın siyasi rəhbərliyinin ürəyincədir.
Ermənistanın iç üzü artıq bütün dünyaya məlumdur. Prezident İlham Əliyev, yalnız, Paşinyanın babasının xidmət etdiyi Qaragin Njdeni ifşa etmədi, ümumiyyətlə, faşizm ideologiyasının əsas nümayəndələrini ifşa etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB