Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- İngilis dramaturq Vilyam Şekspir anadan olub. O, 1616-cı ildə eyni gündə vəfat edib, Şekspirin əsərləri Azərbaycan dilinə də tərcümə edilərək səhnələşdirilib (1564)
- İspan yazıçı Miqel Servantes anadan olub (1616)
- Qafqaz cəbhəsi Komandanlığının 490 saylı direktivinə əlavə olaraq Azərbaycan Respublikasının bütün ərazisini ələ keçirmək 1-ci Qızıl Orduya son vəzifə kimi tapşırılıb (1920)
- Türkiyə Böyük Millət Məclisinin ilk iclası keçirilib. Bu tarix Türkiyədə "Milli hegemonluq və uşaq Bayramı" kimi qeyd edilir (1920)
- Polşada yeni Konstitusiya qəbul edilib (1935)
- Mehdi Hüseynzadənin Triyest şəhərində restoranı partlatması nəticəsində 150 alman zabiti ölüb (1944)
- Bəstəkar Faiq Sücəddinov anadan olub (1947)
- Aktyor Firdovsi Atakişiyev anadan olub (1970)
- Akademik Mirəli Qaşqay vəfat edib (1977)
- Xanəndə Fərqanə Qasımova anadan olub (1979)
- Aktyor Vüsal Murtuzəliyev anadan olub (1982)
- AİDS-ə səbəb olan virus müəyyənləşdirilib (1984)
- Sovet kinorejissoru Sergey Yutkeviç vəfat edib (1985)
- "Hubble" teleskopu orbitə çıxarılıb (1990)
- Azərbaycan və Qırğızıstan arasında 10 saziş, o cümlədən "Dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb (1997)
- Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında memorandum imzalanıb (2003)

Bütün xəbərlər Facebook səhifəmizdə