"Azərbaycan 600 minlik canlı qüvvə ilə müharibənin ön sıralarında olub" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan 600 minlik canlı qüvvə ilə müharibənin ön sıralarında olub" AÇIQLAMA-ÖZƏL

“Bu gün Faşizm üzərində qələbənin 75 illiyidir. Dünya bir olaraq Faşizmə qalib gəldi. Bu qələbədə Azərbaycan həm canlı qüvvəsi, həm də öz nefti ilə müstəsna rol oynayıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, SSRİ tərkibində vətən mühariəsi adı altında Azərbaycan 600 mindən çox canlı qüvvə ilə müharibənin ön sıralarında olub: “Bakı nefti cəbhəni 70 faizlə təmin edirdi. Bununla Azərbaycan qələbənin əldə edilməsində payı var. Bu gün Azərbaycan bu qələbəni qeyd etməklə, Rusiya kimi haqq edir. Bu müharibənin Azərbaycan üçün ya vətən müharibəsi, yaxud böyük dünya müharibəsi adlanması, bir o qədər əhəmiyyət kəsb etmir. Bir ideloji platforma altında hamı qələbə, vətən üçün səfərbər olmuşdu”.

Politoloq söyləyib ki, bu gün Azərbaycan xalqı üçündə ideloji əsaslar vacib və aktualdır: “Çünki, torpaqlarımızn 20 faizi Ermənistanın işağlı altındadır. Biz bütünlüklə ərazilərimizin işğaldan azad edilməsinə fokuslanmalıyıq. Bu istiqamətdə ciddi işlər görülməlidir. Təkcə, qələbəni ordu həll etmir. Bir məsələni qeyd edim ki, Əgər. ABŞ müharibəyə qoşulmasaydı SSRİ-yə kömək etməsəydi, Hitler SSRİ-ni məğlub edəcəkdi. Bundan sonra Hitlerin yeni hədəf Çin və ABŞ idi. Ona görədə ABŞ Almaniyanın SSRİ -yə hücumunda artıq təhlükənin fərqində olduğunu gördü”.

M. Əsədullazadə qeyd edib ki, bu gün Azərbaycan erməni faşizmi ilə mübarizə aparır: “Həqiqətəndə bu gün Ermənistanda faşizm dövlət idelogiyası kimi təbliğ edilir. faşizmə xidmət edən Ndjdenin İrəvanda heykəlinin ucaldılması faşizmin təbliğinin bariz nümunəsidir. Bu onu göstərir ki, ermənilər faşizm idelogiyasından türklər və azərbaycanlılara qarşı istifadə edir və bundan sonrada edəcək. Məhz Prezident İlham Əliyev daima Ermənistanda faşizmi məsələsini beynəlxalq platformlarda qaldırması, Ermənistanın indiki və gələcək planlarının beynəlxalq təhlükəsizlik üçün nəqədər təhlükəli olduğunu göstərir. Azərbaycan mütləq yenidən erməni faşizm üzərində qələbəni qeyd edəcək”!!

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə