Narahatlığımız Ermənistana çatdırılıb - Səfirlik

Narahatlığımız Ermənistana çatdırılıb - Səfirlik

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü 6 may 2020-ci il tarixində mətbuat konfransında Ermənistanın Teləvivdə səfirlik açmaq istəyi ilə bağlı ona ünvanlanmış sualı cavablandırıb. SİA bunu İranın Azərbaycandakı səfirliyinin verdiyi məlumata istinadən xəbər verir.

– İran İslam Respublikasının Ermənistanın Teləvivdə səfirlik açmaq istəyinə reaksiyası necədir?

– Biz həmişə sionist rejimin qəsbkar və cinayətkar bir rejim olaraq işğalçı mahiyyətini və onun qanunsuzluğunu digər ölkələrə xatırlatmış və sionistlər üçün ən kiçik qanuniliyə səbəb olacaq hər hansı bir hərəkətlə əlaqədar narahatlığımızı bildirmişik.

Bu narahatlığımız Teləvivdə səfirlik açmaq istəyini elan edən Ermənistana da çatdırılmışdır. Ümidvarıq Ermənistan dövləti bu qərarını yenidən nəzərdən keçirəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə