REAL-dan çayxana müxalifətinə: “düşük”, tərbiyəsiz" və "vicdansız" ANALİTİK

REAL-dan çayxana müxalifətinə: “düşük”, tərbiyəsiz" və "vicdansız" ANALİTİK

Natiq Cəfərli: "Onlara bənzər siyasətçilərin hər axmaq yazılarını, boğazdan yuxarı pafoslu, amma içiboş çıxışlarını bəyənən, paylaşan kəsim varsa – imkan verək elə onlarla birgə batsınlar, tarixin arxivinə rədd olsunlar"

Radikal müxalifətin, xüsusilə "Milli Şura"da təmsil olunan və özlərini "ziyalı siyasətçi" kimi zorla ictimai rəyə sırımağa çalışan şəxslərin reallıqda həmin kəsimə aid olmamaları göz önündədir. Küçə təfəkkürü və çayxana müxalifətçiliyi əsasında "formalaşanların" kəslərin 27 ilddir ki, hələ də "biz gəlirik" şüarı altında var-gəlləri elə düşərgənin digər kəsimində fəaliyyət göstərən müxalif baxışlıları da sözün əsl mənasında bezdirib. Düzdür, bu gün həmin şinellərdən çıxan və konstruktivlik faktorlarına söykənənlər də var. Onlar zamanında çayxana müxalifətçiliyindən imtina etməklə, əslində az-çox olan reputasiyalarını qoruyub-saxlamağa imkan tapıblar. Amma hazırda dağıdıcılıq, pafosçuluq və intriqantçılıq üzərində fəaliyyət göstərənlər hələ də nəyəsə ümid edirlər.

Son zamanlar AXCP ilə REAL partiyası arasında baş verən virtual savaşdan gəlinən qənaətlər də bu cür düşünməyə vadar edir ki, ikincilərin birincilərin hücumlarına verdikləri cavablarında həqiqətlər mövcuddur.

REAL rəsmisi: "Bu insanlar və onlara inananlar "demokratiya" sözünün "D" hərfindən belə xəbərləri yoxdur"

Misal üçün, müxalifətin radikal qanadı, yaxud düşərgənin "anası" kimi xalqı aldatmağa səy göstərən AXCP-"Milli Şura" cütlüyünün daha bir cavabını REAL partiyasının rəsmisi Natiq Cəfərli verib. O, saytların birində ictimailəşdirdiyi məqaləsində dünyada gedən proseslərlə yanaşı, ölkədəki radikal kəsim müxalifətin də fəaliyyətini maraqlı nüanslarla şərh edib. O, təəssüf hissi ilə bildirib ki, bu müxalifətin təməlində tərbiyəsizliklə yanaşı, həm də təhlükə amilləri dayanır: "27 ildir insanları aldadan, özünə "ziyalı" deyib ən aşağı "kəntoş" düşüncəsində olan savadsız, vicdansız, tərbiyəsiz adamlar var - ən pisi də odur ki, belələrinə inananlar da var. Bu insanlar və onlara inananlar "demokratiya" sözünün "D" hərfindən belə xəbərləri yoxdur, onların ayrı düşüncəyə, özəl həyata bir qram dözümlülüyü yoxdur, məhz buna görə də təhlükəli adamlardırlar".

"Bəzən biz özümüzə əl qatıb inanmış insanları ayıltmağa, düşünməyə dəvət edirik, sevinirəm ki, çox vaxt da bu alınır"

N.Cəfərli hələ də Ə.Kərilmiyə və ətrafına inananları nəzərdə tutaraq zaman-zaman onları doğru yola dəvət etdiklərini bildirsə də, həmin tərəflərin zombiləşərək, həqiqəti dərk etmək qabiliyyətində olmadıqlarına da işarə edib. Bu baxımdan, bu kimi qaragüruhçuların siyasi arenadan birdəfəlik getmələrinin daha münbit vasitə olduğunu dilə gətirib: "Bəzən biz özümüzə əl qatıb inanmış insanları ayıltmağa, düşünməyə dəvət edirik, sevinirəm ki, çox vaxt da bu alınır – insanlar ayılır və düşünməyə başlayır. Amma bütün çabalara rəğmən o kəsmə, o "ziya(lı)nvericilərə" inanmaq istəyən, onlara bənzər siyasətçilərin hər axmaq yazılarını, boğazdan yuxarı pafoslu, amma içiboş çıxışlarını bəyənən, paylaşan kəsim varsa – imkan verək elə onlarla birgə batsınlar, tarixin arxivinə rədd olsunlar".

"Bu siyasi və ictimai "neandertallar"özlərini tanınmış, vacib adam zad saymağa başlayırlar"

Söz yox ki, hay-şivənçi müxalifətin bu addımları elə sadə ictimai rəy tərəfindən də ağılsızlıq adlandırılır, onlar tərəfindən edilən çağırışlara məhəl qoyulmur, əksinə rədd edilirlər. Bu baxımdan da yanaşma edən REAL rəsmisi əslndə qarşı tərəfin düşüklüklərinə cavab verməyin, onları ciddiyə alınması kimi hesab edir.

"Onların düşük və mənasız fikirlərini nədən ciddiyə alıb reaksiya verək ki?! Bu zaman bu siyasi və ictimai "neandertallar"özlərini tanınmış, vacib adam zad saymağa başlayırlar. Ona görə də, iqnor edin, fikir verməyin, zatən sönüb-gedirlər...", deyə N.Cəfərli fikirlərini bu kimi ilginc bənzətmə ilə başa çatdırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə