İtaliya hökuməti yeni nüvə stansiyalarının tikintisinin qeyri-müəyyən müddətə təxirə salınmasını nəzərdə tutan qanun layihəsini hazırlayaraq parlamentə təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qanun layihəsində həmçinin ölkənin yeni nüvə strategiyası öz əksini tapıb.
Nüvə enerjisinə qarşı olan millət vəkilləri və qeyri-hökumət təşkilatları isə qərara birmənalı yanaşmır. Hesab edilir ki, hökumət bu addımla ölkənin nüvə planları ilə bağlı bu il keçirilməsi nəzərdə tutulan referenduma əngəl olmağı qarşısına məqsəd qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB