MPM qrupunun üzvləri Zaqatala, Balakən, Qax və Oğuz RPŞ MST-lərinə başçəkmələr həyata keçiriblər
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri, Şəki Regional Mərkəzinin əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Zaqatala, Balakən Qax və Oğuz Rayon Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırmış, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olmuş, hər hansı bir pozuntu halı aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılmış, onlara hüquqları izah olunub.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Başçəkmə keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB