"Tətbiq olunacaq vergi güzəştləri biznesin iqtisadi fəallığını qoruyacaq" ÖZƏL-MÜNASİBƏT
"Koronavirus pandemiyası özəl biznes strukturların fəaliyyətinə mənfi təsir göstərmişdir. Tətbiq olunmuş xüsusi karantin rejimi bir sıra sahələrin fəaliyyətlərini dayandırıb, fəaliyyətinə icazə verilmiş sahələrdə də iqtisadi fəallq azalıb. Ona görə də cənab Prezident qeyri-neft strukturuna dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar xüsusi proqramın hazırlanmasına tapşırıq vermişdi". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Nazirlər Kabinetinin yanında yaradılmış işçi qrup özəl sektorun iqtisadi fəallığının bərpa edilməsi üçün dövlət dəstəyi göstəriləcək sahələr müəyyənləşdirdi: "Bu, birbaşa biznes strukturlarına maliyyə, əmək haqların ödənilməsinə və bank kreditlərinin ödənilməsinə dövlət dəstəyinin göstərilməsi, habelə vergi güzəştlərin tətbiqindən ibarətdir. Vergi güzəştlərinin tətbiqi Vergi məcəlləsində dəyişikliklər edilməklə 1 yanvar 2020-ci ilə kimi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına xidmət edir. Tətbiq olunacaq vergi güzəştləri üç istiqamətdə müəyyənləşdirilmişdir ki, bu da ölkədə biznesin iqtisadi fəallığının qorunmasına xidmət edəcəkdir. Vergi məcəlləsində nəzərdə tutulmuş vergi güzəştləri və tətilləri çox müsbət addım hesab edirəm və bu, postpandemiya dövründə sahibkarlıq strukturlarına öz fəaliyətlərinin bərpasına imkan verəcəkdir. Dövlətin məqsədi çətin dövrdə sahibkarlara dəstək verməklə koronavirus pandemiyasının qeyri-neft sektoruna mənfi təsirlərini minimuma endirməkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB