"Azərbaycan koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib" RƏY-ÖZƏL
“Azərbaycan dövləti müasir insan indeksi şərtləri çərçivəsində yanaşma nümayiş etdirməklə koronavirusla mübarizəyə 1:0 öndə başlayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin özünün də dediyi kimi, “Əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı: “Bu gün dünyada elə bir dövlət yoxdur ki, pandemiyanın doğurduğu dilemma qarşısında çətin durumda qalmasın. Ancaq Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib”.
Bu gün 600 minə yaxın insanın dövlətdən maddi dəstək aldığını deyən deputat söyləyib ki, bununla yanaşı, dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir: “Habelə dövlət tərəfindən 2020-ci il ərzində proqnozdan iki dəfə artıq, 90 min ödənişli ictimai iş yeri yaradılması qərara alınıb. Həmçinin ilkin mərhələdə 200 min sosial müdafiəyə ehtiyacı olan insana dövlətdən 190 manat yardım verilməsi qərara alınsa da, növbəti mərhələdə dövlət başçısının qərarı ilə bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılıb. Artıq gündəlik 20 min civarında insan qeyd edilən yardımı almaqdadır”.
B.Məhərrəmov qeyd edib ki, pandemiya dövründə ölkəmizdə sosial və iqtisadi paket ilk dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilsə də, bu rəqəmin 3,5 milyard manatı ötəcəyi proqnozlaşdırılır: “Prezident İlham Əliyev də rəsmən bəyan edir ki, Azərbaycan dövləti insanların sağlamlığı və rifahı naminə bu məbləğin bundan sonrakı artımına hazırdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB