"Ölkə başçısı vətəndaşların həyatına xüsusi həssaslıqla yanaşır" ŞƏRH-ÖZƏL
"Bu gün 150-dən çox ölkə yardım üçün istər Beynəlxalq Valyuta Fonduna, istərsə də Dünya Bankına müraciət edib. Bu isə onu sübut edir ki, dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyacı var. Lakin cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və praqmatik siyasət nəticəsində Azərbaycanın adına bu siyahıda rast gəlmirik. Belə ki, atılan bütün addımlar xalqımızın və dövlətimizin maraqlarına uyğun addımlardır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, dünyada COVID-19 infeksiyasının geniş vüsət almasına baxmayaraq hazırda ölkə vətəndaşlarının normal həyat şəraitinin pozulmaması və insanların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələdir: "Bu baxımdan Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bilavasitə cənab Prezidentin diqqəti sayəsində məsələnin mənfi təsirlərini minimuma endirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. İlkin olaraq koronavirus infeksiyası ilə ön cəbhədə mübarizə aparan səhiyyə işçilərinin əməyi yüksək dəyərləndirildi. Bundan əlavə digər peşə sahiblərinin də əməyi yüksək qiymətləndirilir. Həkimlərimiz, Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudlaşdırıcı tədbirlərinə riayət etməyə səsləyən polislərimiz, eyni zamanda sosial işçilər yaşlı insanlara yardımlar edir, onların gündəlik qayğıları ilə yaxından maraqlanırlar. Elə bu səbəbdən Cənab Prezidentin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərən sosial işçilərə verilən yüksək dəyər, dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir".
Politoloq söyləyib ki, sosial işçilərin əməyinə verilən bu dəyər bir daha onu sübut edir ki, ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır: " Sosial işçi institutu da bu çətin günlərdə məsələyə öz müsbət töhfəsini verməklə özünü müsbət mənada fərqləndirməyə müvəffəq olub. Bu gün hamı yumruq kimi bir olaraq istər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilər, istər ölkənin müxtəlif İctimai birliklərinin və qurumlarının əməkdaşları öz dəstəyini əsirgəmir, milli həmrəylik nümayiş etdrir. Bu isə onu göstərir ki, koronavirus pandemiyası ilə mübarizədə fərqlənən hər bir vətəndaş özünü dövlət qayğısından kənarda hiss etmir".
Ş.Həsənova vurğulayıb ki, son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artaraq 70 mini ötüb: "Bununla yanaşı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi kimi müsbət istiqamətdə atılan addımlar bir daha sübut edir ki, ölkə başçımız hər bir təbəqədən və sosial qrupdan olan vətəndaşın həyatına xüsusi həssaslıqla yanaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB