İranın kəşfiyyat naziri istefa verib

İranın kəşfiyyat naziri istefa verib
İranın kəşfiyyat naziri Heydər Müslihi istefa verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın prezidenti Mahmud Əhmədnejat Müslihinin istefasını qəbul edərək özünün təhlükəsizlik məsləhətçisinin rəhbəri təyin edib.

Lakin Fars agentliyi adsız mənbəyə istinadən nazirin işdən qovulduğu barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə