“Zirvə görüşü türkdilli dövlətlərin siyasi birliyinin bariz nümunəsidir” AÇIQLAMA-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi Türksoylu dövlətlərinin siyasi birlik nümayişinin bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırki dövrdə Zirvə görüşünün keçirilməsi bir daha təsdiq etdi ki, Türk dövlətləri ən çətin məqamda bir yerə gəlmək və ortaq qərarlar qəbul etmək iqtidarındadır: “Dünyanı cənginə alan bu epidemiyaya qarşı yeganə birlik daxilində ölkələrdir ki, toplanıb və ortaq mövqe ortaya qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında və inkişaf etdirlməsində Azərbaycan və Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir”.

M. Əsədullazadə vurğulayıb ki, koronovirus pandemiyasından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının daha da effektli və siyasi-iqtisadi birlik modeli çərçivəsində inteqrasiyası labüd olmalıdır: “Üzv dövlətlərin bir-birlərinin üzləşdiyi problemələrə qarşı birlik nümayiş etdirib dəstək verməsi istiqamətində bir mexanizm formalaşdırılmalıdır. Bu xüsusda Azərbaycan təkliflər və mexanizmlər hazırlamalıdır”.

Politoloq söyləyib ki, post-pandemiya dövründə yeni dünya siyasi nizamı formalaşacaq bu birliyin effektli şəkildə çalışması üçün indidən işlər görülməlidir: “Türk dövlətlərini bir-birinə birləşdirən yol Azərbaycandan keçir və demək Azərbaycan bu istiqamətdə daha çox çalışmalıdır ki, birlik çərçivəsində inteqrasiya güclənsin. Dövlət başçısı İlham Əliyev və Qazaxıstan lideri Nursultan Nazarbayev birliyin güclənməsində şəxsi təşəbbüslərini əsirgəməyiblər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə